fbpx

Çanaxçı-Alaxançallı yolunda hərəkət bərpa edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Daşkəsəndə təbii fəlakət nəticəsində bağlanan Çanaxçı-Alaxançallı yolunda hərəkət bərpa edilib.

Metbuat.az xəbər verir ki, Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda artan sel suları nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən avtomobil yollarına ziyan dəyib, bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb. Bundan başqa sel suları nəticəsində çayın məcrası dəyişdiyi üçün Çanaxçı-Zivlən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün yanaşma yolu yuyulub.

Dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Rüya tabirlerini burdan oku

Çanaxçı-Alaxançallı avtomobil yolunun təqribən 4 km-lik məsafədə dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində işlər aparılıb. Agentlik tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yolun hərəkət hissəsi təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkəti rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində tam bərpa olunub.

Hazırda Alaxançallı kəndi daxilində bələdiyyə yollarının təmizlənməsi istiqamətində işlər aparılır və yaxın saatlarında bu işlər də tam yekunlaşacaq.

Bundan başqa Daşkəsən rayonunun Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinin iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində də işlərə başlanılıb. Həmçinin sözügedən yol üzərində yerləşən və 12 metr uzunluğa malik metal körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpasının da qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin aradan qaldırılması istiqamətində görülən işlər barədə ictimaiyyətə məlumatların verilməsi davam etdiriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu