fbpx

Bakıda bu avtobusun fəaliyyəti bərpa edilir

BEY.AZ informasiya agentliyi xəbər verir

Yay mövsümündə Bakıda vətəndaşların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün sabahdan M10 nömrəli mövsümi ekspres marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bu barədə Metbuat.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək marşrutun gediş tarifi 0,50 manat müəyyən edilib.

M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin “Koroğlu” NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin