fbpx

Yeni kino saytı yaradılıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Kinematoqrafçılar İttifaqı kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

Bu barədə Metbuat.az-a İttifaqın katibi Əli İsa Cabbarov məlumat verib.

Qeyd olunub ki, “Kinoyazar.az” adını almış yeni saytda Sevda Sultanova, Aygün Aslanlı, Aliyə Dadaşova, Hacı Səfərov və digər kinoyazarların məqalələri daimi şəkildə yayımlanacaq.

Saytda yerli müasir kinonun problemləri ilə yanaşı, dünya kinosunun da ekran nümunələrinin müzakirə və tənqidi yer alacaq.

“Kinoyazar.az” saytı məşhur amerikalı dramaturq və ssenarist Kristofer Voqlerin “Qəhrəmanın səyahəti” adlı sxeminə əsasən hazırlanıb.

“Çağırış”, “Çağırışın rəddi”, “Təmas”, “Yaxınlaşma”, “Sınaq”, “Mükafat”, “Yenidən doğulma” adlı kateqoriyalara bölünmüş saytda istifadəçilər həm də yerli rejissor və müəlliflərin ssenariləri ilə də tanış ola biləcəklər.

O bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı kino yaradıcılığı üzrə virtual resursların artması işini davam etdirəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin