fbpx

Putin niyə tez- tez “öldürülür”?

BEY.AZ informasiya agentliyi xəbər verir

Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pisləşməsi ilə bağlı xəbərlərin çoxalması fonunda britaniyalı professor və analitik Maykl Klark açıqlama verib. O deyib ki,

Kremlin rəhbərinin səhhətində heç bir problem yoxdur, o sadəcə ipoxondriyadır.

Məlumatda o da qeyd olunur ki, oktyabrda 70 yaşı tamam olacaq Putinin yanında həmişə həkimləri olur. Ümumiyyətlə Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Kreml rəhbəri Vladimir Putinin ağır xəstə olduğu və öləcəyi ilə müxtəlif iddialar səslənir. Adətən belə fikirlərin əsas mənbəyi Qərb mediası olur.

Siyasi şərhçi Kənan Novruzov hesab edir ki, 70 yaşlı Putinin xəstə olması heç də təəccüblü deyil.

“Bəlkə də, dünya liderlərinin bir çoxu bu və ya başqa xəstəlikdən əziyyət çəkir. Elə isə niyə onların yox, məhz Putinin adı çəkilir. Bu, artıq müasir müharibələrin əsas komponentlərindən biri olan informasiya savaşı ilə bağlıdır.
Əlbəttə, Qərb mətbuatının sözügedən səpkidə yazılar dərc etməsi məqsədlidir. Qərb böyük ehtimalla bu yolla ilk növbədə Rusiyanı demorilizə etmək istəyir. Hətta oxşar materiallarla daxildə iqtidar əleyhinə narazılıq yaratmaq istəyi də mümkündür. Əgər Vaşinqton, doğrudan da, Moskvaya qarşıdırsa, onda bu variant daha realdır.
İstisna deyil ki, Qərb Putinin ölümü ilə bağlı ard- arda materiallar dərc etməklə həm də Ukrayna dövlət başçısı Volodimir Zelenskini stimullaşdırır, onu mübarizəsindən geri çəkilməməyə çağırır”.

Kənan Novruzov düşünür ki, Qərb mediası, ola bilsin, Kiyevə təlqin etmək istəyir ki, Putin öləndən sonra daxildə qarışıqlıq yaranacaq və Ukraynanın itirilmiş ərazilərini bərpa etmək istiqamətində işi daha asan olacaq.


“Əlbəttə, bu ssenari də birbaşa döyüşlərin uzadılmasına hesablanıb.
Amma əgər bir çox ekspertlərin düşündüyü kimi, kollektiv Qərblə Kreml arasında gizli razılıq varsa, onda sözügedən məqalələrin hamısı olmasa da, əksəriyyətini yenə də təbliğat kampaniyası kimi qiymətləndirmək olar. Belə ki, ola bilsin, Qərb bu yolla Putinin artıq itirəcək bir şeyinin olmadığı barədə rəy yaratmaq istəyir ya da “Kreml rəhbəri hətta xəstə halı ilə də dünya ilə mübarizə apara bilir” şüuru formalaşdırılması da mümkündür.
Bütün hallarda tirajlanan yazılar hətta müəyyən mənada həqiqətə uyğun olsa belə, kifayət qədər şişirdilir və təbliğat xarakteri daşıyır. Başqa sözlə desək, Qərbin konkret məqsədləri var. Bu məqsədlərin nələrdən ibarət olduğu isə birbaşa olaraq ABŞ və müttəfiqlərinin proseslərə münasibətindən asılıdır.
Beləliklə, aydın olur ki, Qərbin jurnalistikaya bir ictimai- siyasi institut kimi münasibəti də qüsurludur. Dünyaya bütün sahələrdə, o cümlədən mediada demokratiya dərsi keçmək istəyən Qərb indi mətbuatdan təbliğat və təşviqat üçün istifadə edir”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin