fbpx

Ağstafada qonşular arasında dava olub

BEY.AZ informasiya agentliyi xəbər verir

Ağstafa rayonunda qonşular arasında dava olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, iyun ayının 7-də rayonun Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in “102 Zəng-Mərkəzi” Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülməsi barədə müraciət edib.

Eyni zamanda, müraciət edən şəxslərin qonşuları – Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri və təhqir olunmaları barədə məlumat verib.

Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin məlumata görə, hadisəyə səbəb N.Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması səbəb olub.

Hazırda araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin