Azərbaycanda avtomobil idxalına çəkilən xərc artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu ilin yanvar-may aylarında Azərbaycana 369 milyon 468 min ABŞ dolları dəyərində 28 681 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Metbuat.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16 % çox və 8,1 % azdır.
İlk 5 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 5,7 dəfə artaraq 292 ədəd (43,8 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 8,4 % azalaraq 26 408 ədəd (271 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 5 082-si (47 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 130-u (3,7 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 36,6%, ikincinin isə 4,5 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 19 % azalaraq 1 851 ədəd (38,9 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3 dəfə artaraq 130 ədəd (15,8 milyon ABŞ dolları dəyərində) olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.