Tanınmış xəstəxanın baş həkimi İSTEFA VERDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov işdən çıxıb.
Metbuat.az xəbər verir ki, bu barədə o, özü rəsmi feysbuk səhifəsində paylaşım edib.
“İki ilə yaxın Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi vəzifəsində çalışdım. Bu şans və etimad üçün bütün TƏBİB və İTSDA rəhbərliyinə təşəkkürümü bildirirəm. Daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verdim. Bütün xəstəxananın kollektivinə uğurlar arzulayıram və mənimlə bu müddət ərzində işlədiklərinə görə minnətdarlığımı bildirirəm” – F.Təqdirov paylaşımda deyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.