Biləcəridə uzunluğu 700 metr olan küçə təmir olunur
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonun Biləcəri qəsəbəsinin Xudat bəy Məlikaslanov küçəsinin 5 və 7-ci döngələrini əsaslı şəkildə təmir edir.
Bu barədə Metbuat.az-a Agentlikdən məlumat verilib.
Bildirilir ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Biləcəri qəsəbəsi üzrə 4,40 kilometr küçə və yolun təmiri nəzərdə tutulur. Uzunluğu 700, eni ortalama 7,5 metr təşkil edən sözügedən yol torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. Artıq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır. Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan yenidənqurma və bərpa işləri daha sonra Xudat bəy Məlikaslanov küçəsinin uzunluğu 500 metr olan 7-ci döngəsində icra olunacaq.
Qeyd edək ki, cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,6 kilometr təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.
Agentlik tərəfindən 2021-ci ildə adıçəkilən rayonda 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.