fbpx

Gün eynəyi alarkən nələrə diqqət eməliyik?

BEY.AZ informasiya agentliyi xəbər verir

Günəş şüalarından qorunmaq üçün istifadə etdiyimiz gün eynəklərini seçərkən diqqət etməli olduğumuz məqamlar var. Ucuz və ya bahalı olmasından asılı olmayaraq gözlərimizə qarşı həssas yanaşmalıyıq.

Cərrah-oftamoloq Pakizə Bayramova Metbuat.az-a bildirdi ki, ultrabənövşəyi şüaların təsiri ilə gözdə onkoloji xəstəliklər belə yarana bilər:

“Ultrabənövşəyi şüalar gözdə, buynuz, konyunktiv qişada patoloji dəyişikliklərə səbəb ola bilir. Hətta bu şüalar səbəbindən gözdə onkoloji xəstəliklərə məruz qala bilərik. Əgər biz təbii gün işığının ultrabənövşəyi şüaları ilə uzun müddət əlaqədə olsaq, gözdə patoloji dəyişiklər baş verir. Təkcə yay deyil, qışda – qarlı havada qoruyucu eynək olmasa, bu zaman da qar korluğu yaranacaq. Bu kimi hallardan qorunmaq üçünsə, gün eynəklərindən istifadə olunmalıdır”.

Pakizə Bayramova

Gün eynəklərinin seçiminə gəlincə, oftamoloq keyfiyyətli eynək seçiminə üstnülük verir:

“Burada eynəyin tündlüyü önəmli deyil. İnsanlarda elə bil təəssürat var ki, tünd gün eynəyi daha çox qoruyuculuq qabiliyyətinə malikdir. Əslində, burada filtr önəmlidir. Eynəyin rəngi, ucuz olması onun qoruyuculuq göstəricisinə təsir etmir. Gün eynəkləri alarkən, onların üzərində olan ultrabənövşəyi şüalardan qoruyucu filtrin 100% olduğunu bildirən nişan olmalıdır. Qoruyucu filtri 40-dan başlayan eynəkləri bizim işimizə yararlıdır. Gözlərində zəiflik olan insanlar eynək sifariş verərkən eynəklərinin həm optik, həm də qoruyucu özəlliklərinin olmasına diqqət etməlidirlər. Həmin şəxslər bu eynəklərin həm optik, həm də ultrabənövşəyi, kompüterin zərərli şüalarından, mavi işıqlardan qoruyucu özəlliklərindən yararlana bilərlər”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin