fbpx

Sudan qanunsuz istifadə halları aşkarlandı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Bakı şəhəri və Abşeron rayonunun bir sıra qəsəbələrində sudan qanunsuz istifadə hallarının qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, Abşeron rayonunun Digah, Məhəmmədi və Novxanı qəsəbələrində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Məhəmmədi kəndində avtoyuma məntəqəsi və restoranda suyun talanması aşkar edilib.

Bu obyektlərin sayğacları olsa da, sayğacdankənar xətdən istifadə olunub. Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzinin müqavilə və sayğacı olmasa da obyekt sahibi şəbəkəyə özbaşına qoşularaq sudan qanunsuz istifadə edib. Obyektin su təchizatı dərhal dayandırılıb və akt tərtib edilərək dəymiş ziyan hesablanıb. Məhəmmədi və Digah qəsəbələrində bəzi fərdi yaşayış evlərinin sahibləri də sudan uçotsuz istifadə ediblər.

Rüya tabirlerini burdan oku

Fərdi həyət evlərində sudan sayğacdankənar istifadə hallarına ən çox Xəzər rayonunun Türkan qəsəbəsində rast gəlinir. Bəzi sakinlər sayğacdankənar su xətləri çəkərək daha çox suvarma suyu kimi istifadə edirlər. Hətta sakinlərdən biri əkin sahələrini suvarmaqla yanaşı, qonşuluqdakı daş karxanasına da qanunsuz su verirmiş. Sayğaca baxış keçirilərkən onun indiyədək cəmi 1 kubmetr su işlətdiyi məlum olub. Bəzi sakinlər isə sayğacların süzgəclərinin plombunu qıraraq qanunsuz birləşmədən istifadə edir.

Türkan qəsəbəsində sayğaclar əsasən həyətlərdə quraşdırıldığından ev sahibləri müfəttişlərin sayğaca baxış keçirməsinə şərait yaratmırlar. Həmin evlərin su təchizatını dayandırmaq üçün küçələrdə qazıntı işləri aparılır.

İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur. Belə hallar həmin ərazidə yaşayan digər sakinlərin su təchizatında da ciddi problemlər yaradır.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 3841 fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1 milyon 13 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu