fbpx

Azərbaycanda dövlət qulluqçularının sayı və əməkhaqqıları açıqlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanda dövlət qulluqçularının sayı və əməkhaqqıları açıqlanıb.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildiirlib ki, 2022-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olmuşdur ki, onların da 28,0 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 6,8 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3,4 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,8 faizi 6-cı təsnifatı, 48,4 faizi 7-ci təsnifatı, 21,0 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 7,0 faizi 1 ilədək, 23,1 faizi 1 ildən 5 ilədək, 25,9 faizi 5 ildən 10 ilədək, 17,2 faizi 10 ildən 15 ilədək, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,5 faizini 25 yaşadək, 13,3 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,1 faizini 35-39 yaşda, 12,2 faizini 40-44 yaşda, 9,3 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,4 faizini 55-59 yaşda, 9,6 faizini 60-64 yaşda, 1,6 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2021-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,8 faiz artaraq 1274,1 manat təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin