Stolüstü tennisçilər Avropa çempionatına hazırlığı davam etdirir
BEY.AZ informasiya agentliyi xəbər verir
Stolüstü tennis üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlığı davam etdirir.
Federasiyadan Metbuat.az-a verilən məlumata görə, yarışa hazırlıq məqsədi ilə növbəti təlim-məşq toplanışı Xaçmaz Olimpiya Kompleksində təşkil olunub.
Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə iyunun 16-dan 26-dək keçiriləcək hazırlıq prosesində Ləman Abdulhəmidova, Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Hacımurad Məmmədbəyov, Toğrul Məhəmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə iştirak edir.
Bu, Avropa çempionatına hazırlıq məqsədi ilə təşkil olunan 3-cü təlim-məşq toplanışıdır. Yeniyetmə və gənc stolüstü tennisçilər bundan əvvəl Qax Olimpiya İdman Kompleksi və Türkiyənin Yalova şəhərində hazırlıq keçiblər.
Qeyd edək ki, Avropa çempionatı 6 – 15 iyulda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.