“Azərkosmos” “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştiraka dəvət edir
BEY.AZ informasiya agentliyi xəbər verir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərkosmos” ASC Avropa Kosmik Agentliyinin (ESA) “Azo Space” inkubasiya mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, müqavilə Azərbaycan vətəndaşlarının müsabiqədə iştirakına imkan verir.
Bu barədə Metbuat.az nazirliyə istinadən xəbər verir.
Bu əməkdaşlıq “Azo Space” inkubasiya mərkəzinin Yerin müşahidəsi və coğrafi informasiya xidmətlərinə dair həyata keçirdiyi proqramlarda ölkəmizin aktiv iştirak etməsinə imkan verəcək.
Əməkdaşlığın davamı olaraq “Azərkosmos” kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri “Azo Space” mərkəzinin “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştirak etməyə dəvət edir.
“Copernicus Masters” proqramı Yerin müşahidə olunması haqqında məlumatların istifadəsi və onlar əsasında innovativ müsabiqələrin keçirildiyi platformadır. Bu platforma 2011-ci ildən etibarən hər il müsabiqələr elan edir və Yerin müşahidəsi, o cümlədən iqlim dəyişikliyi sahəsinə dair kreativ həllər və ideyalar üçün yeni imkanlar yaradır. Proqramın ümumi mükafat fondu 500 min avrodan çoxdur və qaliblərə müxtəlif mükafatlar qazanmaq şansı verilir.
“AzoSpace” mərkəzinin Yerin müşahidəsi sahəsinin inkişafı üçün həyata keçirdiyi digər bir təşəbbüs “SpaceLeap” proqramıdır. Bu proqram Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün nəzərdə tutulub. Proqram üzrə seçilən üç qalibin hər birinə 5 000 avro dəyərində mükafat təqdim olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.