fbpx

“Qazaxıstan qondarma DXR və LXR-i tanımayacaq”

BEY.AZ informasiya agentliyi xəbər verir

Qazaxıstan qondarma Donetsk (DXR) və Luqansk (LXR) “xalq respublikaları”nı tanımayacaq.

Metbuat.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışında deyib.

“Aşağıdakıları qeyd etmək istərdim: müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib”, – dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplərini rəhbər tutulsa, onda dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox ölkə peyda olacaq.

“Əlbəttə, bu, xaos olacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Və görünür, bu prinsip kvazi-dövlət ərazilərinə şamil olunacaq, fikrimizcə, bu prinsiplər Luqansk və Donetskdir”, – Tokayev əlavə edib.

Lakin o, millətlərin müqəddəratını təyinetmə hüququ ilə bağlı fikirlərini dəqiqləşdirməyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin