fbpx

Azərbaycanda elektrik enerjisi istehsalı mayda 1,2 % artıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin may ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 004 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,9 milyon kVt/saat, yaxud 1,2 % artması deməkdir.

Metbuat.az-a bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, may ayında elektrik enerjisinin idxalı 19,8 milyon kVt/saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 milyon kVt/saat azalıb, ixrac isə 19,9 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4 milyon kVt/saat artıb.

Ümumilikdə bu ilin yanvar-may aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 316,2 milyon kVt/saat, yəni 2,9 % artaraq 11 milyard 244,2 milyon kVt/saat olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 198,2 milyon kVt/saat artaraq 10 milyard 313,3 milyon kVt/saat, SES-lərdə 109,6 milyon kVt/saat artaraq 768,7 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 milyon kVt/saat artaraq 162,2 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 41,1 milyon kVt/saat, günəş elektrik stansiyalarında 24,4 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 96,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

5 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 milyard 116,6 milyon kVt/saat (İES-lərdə 9 milyard 400,4 milyon kVt/saat, SES-lərdə 716,2 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 162,8 milyon kVt/saat (İES-lərdə 94,2 milyon kVt/saat, SES-lərdə 46,1 milyon kVt/saat, GES-də 22,5 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,2 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 937,6 milyon kVt/saat təşkil edib.

Bu ilin yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 538,4 milyon kVt/saat, idxalı isə 60,5 milyon kVt/saat olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin