Teymur Rəcəbov məğlub oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
Metbuat.az xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın ikinci turunda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 75-ci gedişdə rəqibin qələbəsi ilə başa çatıb.
Təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə etmişdi.
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.