fbpx

Ernest Heminqueyin “Seçilmiş əsərləri” nəşr olunub

BEY.AZ informasiya agentliyi xəbər verir

Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin “Seçilmiş əsərləri” işıq üzü görüb.

Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Ernest Heminquey – həyat və yaradıcılığından strixlər” adlı ön sözlə açılan kitaba yazıçının “Qoca və dəniz”, “Ya var, ya yox” romanları, “Qadınsız kişilər”, silsiləsindən “Məğlubedilməz”, “Yad ölkədə”, “Ağ fillər”, “Qatillər”, “On hindu”, “Təqib yürüşü” kimi hekayələri və “Həmişə səninlə olan bayram” avtobioqrafik memuarı daxil edilib.

Əsərlərin tərcümə müəllifləri – tanınmış tərcüməçilər Manaf Süleymanov, Mahir N. Qarayev və Təvəkkül Zeynallıdır.

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Centre”

“Çıraq” kitab evi

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin