DTX-nın əməliyyat keçirdiyi idarənin rəisi kimdir?
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin Bakıda genişmiqyaslı əməliyyat keçirdiyi və yüksək vəzifəli şəxslərin saxlanıldığı haqda məlumat yayılıb.
Əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu postlarında həyata keçirilib.
Metbuat.az axar.az-a istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin “Abşeron” Gömrük Postunun rəisi vəzifəsinə bu ilin yanvar ayında Bəhruz Hüseyn oğlu Əsgərli təyin edilib. O, bu təyinata qədər “Abşeron” gömrük postunda rəsi müavini vəzifəsini tutub.
Dövlət Gömrük Komitəsi sədrinin eyni gündə verdiyi əmrlə Bakı Baş Gömrük İdarəsinin “Abşeron” Gömrük Postunun rəisi Muxtar Fazil oğlu Şükürov isə vəzifəsindən azad edilərək, Gömrük Komitəsi katibliyinin rəisi təyin edilib.
Onu da xatırladaq ki, ötən ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (KQMBİ) də “İpək Yolu” gömrük postunda əməliyyat aparmış və orada inspektor işləyən Mirağa Ağayevi həbs etmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.