Neymar barədə ŞOK İDDİA: PSJ-nin hücum xətti “dağılır”
BEY.AZ informasiya agentliyi xəbər verir
PSJ-nin hücumçusu Neymar “Yuventus” klubuna keçə bilər.
Metbuat.az xəbər verir ki, Paris təmsilçisinin yeni idman direktoru Luiş Kampuş 30 yaşlı hücumçunu icarə əsasında italyanlara təklif edib. “Yuventus”la yaxşı münasibətləri olan Kampuşun təklifinə görə, Neymarın məvacibinin müəyyən hissəsini PSJ ödəyəcək. Məlumata görə, Neymarın transfer məbləği və məvacibi yüksək olduğuna görə, onun birdəfəlik satışı real deyil.
Qeyd edək ki, iddialara görə, Kilian Mbappe PSJ ilə müqaviləsini uzadarkən Neymar və baş məşqçi Poçettinonun da aralarında olduğu 14 nəfərin klubdan göndərilməsini tələb edib. Neymarla yaxın dost olan Messinin də PSJ-dən getməsi istisna edilmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.