Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun ailə üzvləri məlumat veriblər.
Qeyd edək ki, T.Bağırzadə 20 gün idi ki, cəza çəkdiyi Qobustan həbsxanasında aclıq askiyası keçirirdi. Sosial şəbəkələrdə Taleh Bağırzadənin polislərin dini təhqir etdiyi iddialarına görə aclıq etdiyi yazılırdı. Daxili İşlər Nazirliyi (DİN) isə polisin dini təhqir etməsi barədə iddiaları təkzib etmişdi.
Penitensiar Xidmətdən mövzuya hər hansı münasibət bildirilməyib.
Xatırladaq ki, Hacı Taleh 2015-ci ildə Nardaranda DİN-in keçirdiyi əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 20 il müddətə azadlıqdan məhrum edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.