fbpx

Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Azərbaycan arasında postmüharibə dövründə humanitar əməkdaşlıq müzakirə edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Kojiç ilə görüşüb.

Dövlət Komitəsindən Metbuat.az-a bildirilib ki, qonaqları salamlayan Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsi ilə işgüzar və faydalı zəmində qurulan əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, birgə keçirilən layihələrin önəmini vurğulayıb.

O, təşkilatın fəaliyyətinin bütün insanları narahat edən məsələlərə, həmçinin çətin vəziyyətdə olan ailələrin problemlərinin həll olunmasına yönəldiyini bildirərək, keçirilən tədbirlərin bu qrupdan olan insanların həyat şəraitinin yüngülləşməsinə xidmət etdiyini və Komitənin də bu prosesə cəlb olunmasının qürurverici olduğunu qeyd edib.

Rüya tabirlerini burdan oku

Ermənistan-Azərbaycan münaqişəsi məsələsinə toxunan B.Muradova işğaldan azad edilən ərazilərdə kütləvi məzarlıqların olduğunu diqqətə çatdırıb. O, həmçinin müharibə nəticəsində əsir və ya girov götürülmüş insanların tapılması, geri qaytarılması, onların ailələri ilə müvafiq işlərin aparılması, zərər çəkmiş qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında məlumatları diqqətə çatdıraraq, bu prosesdə Qızıl Xaç Komitəsinin iştirakını və davamlı cəhdlərini yüksək qiymətləndirib. Komitə sədri həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan hər bir Azərbaycan vətəndaşının həyatının hər şeydən önəmli olduğunu vurğulayaraq, bu istiqamətdə dövlət tərəfindən atılan addımları diqqətə çatdırıb.

Bahar Muradova BQXK-nın Azərbaycan Nümayəndəliyinin sabiq rəhbərinin səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib, ona yeni təyinat yerində uğurlar arzulayıb, həmçinin təşkilatın rəhbəri Dragana Kojiçə yeni vəzifəsində nailiyyətlər arzulayıb.

Arian Bauer Azərbaycanı xoş xatirələrlə tərk edəcəyini bildirərək, təşkilata yeni təyin olunmuş Draqana Kojiçin daha öncəki fəaliyyəti haqqında məlumatı diqqətə çatdırıb və qarşıdakı missiyanın öhdəsindən layiqincə gələcəyinə, qurulmuş ikitərəfli münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, təşkilatın Azərbaycanda reallaşdırdığı layihələrdən söhbət açaraq, BQXK-nin Azərbaycanla bağlı ötən dövr ərzində genişmiqyaslı layihələrinin Dövlət Komitəsi ilə fəal əməkdaşlıq müstəvisində uğurla icra olunduğunu diqqətə çatdırıb.

BQXK-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təyin olunmuş yeni rəhbər Draqana Kojiç əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etməsi üçün bütün səylərini artıracağını deyib.

Görüşdə, həmçinin BQXK ilə Azərbaycan hökuməti arasında qarşılıqlı əlaqələr, perspektiv məsələlər və postmüharibə dövründə humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu