Rusiyada təyyarənin qəzaya düşmə anı

BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın Ryazan şəhərində “İl-76” tipli təyyarə qəzaya düşüb. Nəticədə 4 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.
bey.az xəbər verir ki, təyyarənin qəzaya düşmə anının görüntüsü yayılıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, “İl-76” hərbi-nəqliyyat təyyarəsi mühərrikində nasazlıq səbəbindən Ryazan vilayətində qəza enişi edib. Təyyarə göyərtəsində yük olmadan təlim uçuşu həyata keçirərkən nasazlıq yaranıb və ekipaj uçuş-enmə zolağından kənarda eniş etmək qərarına gəlib. Zərbə nəticəsində təyyarə qismən dağılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.





