“Gənc Tarixçilər” İctimai Birliyi yaradıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün “Sabunçu Gənclər Evi”ndə baş tutan görüş zamanı “Gənc Tarixçilər” İctimai Birliyinin yaradılması haqqında ölkə ictimaiyyətinə məlumat verildi.
Metbuat.az xəbər verir ki, tədbiri giriş sözü ilə “Gənc Tarixçilər” İctimai Birliyinin həmtəsisçisi və sədri Kənan Məmmədov açaraq bildirdi ki, birliyin əsas məqsədi Azərbaycan tarixini və mədəniyyətini, o cümlədən Azərbaycan xalqının milli-mənəvi dəyərlərini təbliğ etməkdən ibarətdir.
Kənan Məmmədov qeyd etdi ki, nizamnamədə nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün birlik, müxtəlif kurslar və seminarlar təşkil etməyi, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis etməyi, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi nəzərdə tutur. Daha sonra söz qonaqlara verildi. Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, Musa Qasımlı Tarix elminin öyrənilməsinin və gələcək nəsillərə doğru şəkildə aşılanmasının əhəmiyyətindən bəhs etdi.
Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov gənclərin maarifçilik sahəsində fəaliyyətlərini hər zaman alqışladığını və onlara dəstək olduğunu ifadə etdi. Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu cumhuriyyət tarixinin xüsusilə araşdırılmasının və bu sahədə mühüm tədqiqat işlərinin aparılmasının vacibliyini qeyd etdi. Tədbirin sonunda qonaqlarla xatirə şəkili çəkdirildi və gənclərlə görüş çay süfrəsi arxasında davam etdirildi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.