fbpx

Azərbaycan gömrükçüləri narkotik qaçaqmalçılığının qarşısını alıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.

Metbuat.az komitəyə istinadən xəbər verir ki, Bakı-Doha aviareysi ilə gedən Pakistan vətəndaşı Umar Muhammada məxsus çamadanlar rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri əks olunub.

Bundan sonra həmin sərnişin steril zonada gömrük əməkdaşları tərəfindən saxlanılıb, müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama otağına dəvət edilib.

Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi geyim əşyaları boşaldılıb. Daha sonra çamadanın astarı, karton altlığı sökülüb və aşkar olunması çətinləşdirilmiş üsullardan istifadə etməklə çamadanın alt hissəsinə yapışdırılmış sellofan paket çıxarılıb. Baxış zamanı paketin içərisində gömrük nəzarətindən gizlədilən açıq qəhvəyi rəngli toz şəklində, kəskin qoxuya malik 4 kq 130 qram narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin