fbpx

Xalidə Kəngərlinin çempion rəfiqələri DANIŞDI: “Onun bədənində…”

BEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur.

Məşhur ginekoloqun özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atdığı deyilir. Hadisədən sonra yaxınları, dostları mediaya Xalidə Kəngərlinin özünü binadan atmasının ağlabatan olmadığını deyiblər.

Metbuat.az xəbər verir ki, bununla bağlı Cebhe.info-ya onun idmançı rəfiqələri danışıblar. Azərbaycanın qadın paracüdoçusu, ötən il Tokio Paralimpiadasında ölkəmizə beşinci qızıl medalı qazandıran Xanım Hüseynova Xalidənin intihar etməsinin mümkün olmadığını bildirib:

“Mümkün deyil ki, Xalidə intihar etsin. Deyirlər ki, ərinin psixoloji problemləri olub. Xeyr, elə deyil. Xalidənin əri Dövlət Gömrük Komitəsində işləyir. Gömrükdə işləyənin psixoloji problemləri ola bilər? Düşünürəm ki, dövlət işində işləyənlərin belə bir problemi olmamalıdır. Xalidə elə yaxşı insan idi ki… Kimi dindirsən, onun gülərüz, mərhəmətli, dünyanı sevən insan olduğunu deyərdi. Həmin gün əməliyyata gedib, əhvalı yaxşı olub. Mən istəmirəm ki, bunun üstü intihar kimi bağlansın”.

Xanım Hüseynova bildirib ki, həyat yoldaşı onu özünü binadan atmağa məcbur edə bilərdi: “Mən özüm əvvələr onun bədənində göy qançırlar görmüşəm, amma üzünə vurmamışam. Xalidə Kəngərlinin illərlə əri tərəfindən qapalı şəraitdə saxlanılması barədə gəzən söz-söhbətlər də doğru deyil. Onun intihar etməsi yalnız 1 faiz ola bilər”.

Xalidə Kəngərlinin digər rəfiqəsi, çempion, cüdoçu Gülsədəf Kərimova da açıqlama verib: “Xalidə çox həyatsevər qadın, pozitiv insan idi. Onun bütün dostları yaxşı bilirdi ki, heç vaxt intihar etməz. Bu mümkün deyil. İnsanların qucağına körpə verən insan idi, heç vaxt öz körpələrini qoyub çıxıb getməzdi”.

Gülsədəf Kərimova son zamanlar mərhum ginekoloqun əri tərəfindən fiziki şiddət gördüyünü və depressiyada olduğunu da bildirib:

“Axırıncı dəfə iki gün qabaq onunla danışmışdım. Gülüb-danışmışdıq. Bir müddət əvvəl də klinikaya getmişdim, gördüm ki, Xalidə çox arıqlayıb. Mənə dedi ki, depressiyadayam. Evdə problemlərim var. Yoldaşı onu çox incidirdi, döyürdü, ona əl qadırırdı. Evdə hər şeyi Xalidə edirdi”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin