fbpx

Əli Mirəliyev Zaur Kamala “od püskürdü”: “Hara getmisənsə, qovulmusan da…”

BEY.AZ informasiya agentliyi xəbər verir

“Zaur Kamalın efirdə Afşin Azəriyə qarşı sözləri və hərəkətləri düzgün deyil. Qonağı elə sən və ya kanal efirə dəvət edib də. Sən gərək ona hörmət edərdin. Çünki cənubi azərbaycanlılar bizim yerlimiz və canımız-ciyərimizdir. Sən meyxana deyənləri və Üzeyir Mehdizadəni qonaq çağırıb şişirdirsən. Amma Cənubi Azərbaycandan gələn qonağın xətrinə dəyirsən. Heç utanmadın? Axı sən özün kimsən ki?! Hara getmisən, oradan qovulmusan da”.

Metbuat.az xəbər verir ki, bu sözləri məşhur müğənni Əli Mirəliyev Cebhe.info-ya açıqlamasında Zaur Kamalın cənubi azərbaycanlı Afşin Azəriyə qarşı hörmətsizliyinə münasibət bildirərkən deyib.

O deyib ki, Zaur Kamalı peşəkar aparıcı hesab etmir:

“Bizdə danışığını və əsl musiqini bilən nə qədər aparıcılar var. Elgiz Əkbər, Rövşanə Ağasəfqızı, Kamran Həsənli və Zaur Baxşəliyevi nümunə göstərmək olar. Amma Zaur Kamal aparıcı kimi yararlı deyil. Onun sponsorları var və getdiyi hər kanala sponsorları ilə birgə gedir. Mən özüm də ARB-də işləyirəm, Zaur da bizim işçimizdir. Yəni mən onu dəstəkləməliyəm, amma ondan narazılıq nə qədər olar axı? Hətta ARB keçən il Zaur Kamala töhmət verdi”.

Əli Mirəliyev “Həmin Zaur” verilişinə ümumiyyətlə, baxmadığını etiraf edib:

“Çünki o, verilişi çox səviyyəsiz şəkildə aparır və ağzına nə gəldi danışır. Zaur danışığının əvvəli ilə sonunu bilmir və musiqidən xəbəri yoxdur. Musiqi verilişini musiqini bilən adam aparmalıdır. Amma o, musiqini bilmir, anlamır. Maşallah, boy-buxunu əladır, gedib başqa işlə məşğul olsun. Amma Zaurdan musiqini verilişinin aparıcısı ola bilməz. Bu mümkün deyil. Mən şəxsən onun verilişlərinə çıxmıram. Yəni getmək istəmirəm. Hətta bir dəfə getdim, gördüm ki, bu düzəlməyib. Onlar elə bilirlər ki, reytinqləri “dağıdırlar”, amma heç bir reytinqi “dağıtmırlar”. Zaur sadəcə sponsorların hesabına işləyir və yaşayır. İndi görək, rəhbərlik onunla bağlı nə qərar verəcək”.

Həmçinin oxuya bilərsiniz: Zaur Kamal müğənnini efirdən qovdu – “Kişilikdən deyil…” / VİDEO



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin