fbpx

Daha 79 nəfərin diplomu tanınmadı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

İyun ayında xarici diplomların tanınması üçün müraciət edən 287 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 79 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bununla bağlı Metbuat.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 35, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Rüya tabirlerini burdan oku

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 88, Türkiyədən 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 42, iqtisadiyyat üzrə 23, tibb üzrə 22, biznesin idarə edilməsi 18, menecment üzrə 14 nəfər müraciətçi qeydə alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu