fbpx

“Türkiyə dünyanın ən güclü ordusuna sahib olacaq”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

“Türkiyə ordusunu gücləndirməyə davam edəcək ki, dünyanın ən güclüsü olsun”.

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetindəki Məzun Günü münasibətilə təşkil edilən mərasimdə deyib.

“Ordumuz dünyada ən güclü orduya çevrilənə qədər onun gücləndirilməsi istiqamətində fəaliyyətimizi addımlarımızı davam etdirəcəyik. Türkiyənin gələcək inkişafı yolunda Silahlı Qüvvələrin potensialının artırılmasına xüsusi önəm veririk”, – “Anadolu” agentliyi onun sözlərindən sitat gətirib.

Rüya tabirlerini burdan oku

Ərdoğan qeyd edib ki, müəyyən kadr çatışmazlığına baxmayaraq, Türkiyə Silahlı Qüvvələri yeni uğurlar nümayiş etdirməkdə davam edir.

Onun sözlərinə görə, Türkiyə ordusunun gücü terrorla mübarizədə də özünü göstərir. “Terrorizmlə mübarizə bu təhlükə tamamilə aradan qaldırılana qədər davam edəcək”, – o vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu