Baş Prokurorluqdan qırılan liftlə bağlı AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Baş Prokurorluq Bakının Nərimanov rayonunda baş vermiş lift qəzası ilə bağlı açıqlama yayıb.
Metbuat.az xəbər verir ki, açıqlamada deyilir:
“İyulun 4-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir.
Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır”.
22:31
Bakıda Nərimanov rayonunda binaların birində lift qırılıb.
Metbuat.az xəbər verir ki, İzəddin Həsənoğlu küçəsində yerləşən binaların birinin lifti qırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.