MEDİA-da Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və 13 saylı Mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev ilə görüşüb.
Metbuat.az xəbər verir ki, görüş zamanı Nadir Adilov Mediasiya Şurasının həyata keçirdiyi fəaliyyət haqqında məlumat verib. O, media sahəsində mediatorların hazırlanmasında maraqlı olduqlarını, bununla əlaqədar olaraq media mütəxəssisləri üçün mediasiya kurslarının təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Əhməd İsmayılov tərəfindən Mediasiya Şurası ilə birgə əməkdaşlıq perspektivlərinin “Media haqqında” Azərbaycan Respublikası Qanunu və media sahəsində qanunvericilik aspektindən təhlil edilməsi, imkanların araşdırılması, təhlillərin nəticələrinə əsasən qurumlararası birgə layihələrin həyata keçirilməsi təklif olunub. İcraçı direktor MEDİA Agentliyinin media sahəsində peşəkarlığın artırılması, o cümlədən mübahisələrin həll edilməsi üçün Şura ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.