“TikTok-da elə tutuzdurmuşam ki…” – Kənan M.M.
BEY.AZ informasiya agentliyi xəbər verir
Rejissor Kənan M.M. “TikTok”dakı fəaliyyətindən danışıb.
Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədəki aktivliyindən danışıb. Kənan bildirib ki, “TikTok”da yetəri qədər reytinq qazanıb:
“”TikTok”da elə tutuzdurmuşam ki, elə bilirəm 20 ildir yanlış işlə məşğul oluram. “Maşın” şouya gedəndə də deyirdik ki, heç nəyi yoxdur, mahiyyəti nədir? Əlini onun üstünə qoyanda prinsip başlayır. Göndərilən hər hədiyyənin 70 faizini TikTok götürür. 1000 manat olanda onun 700 manatı gedir, sənə 300 manat qalır. Canlı yayımı açanda baxırsan biri oynayır, deyirsən, nəyə görə buna hədiyyə atım: şəxsiyyətinə, yayım apardığına, sənətinə… Qalmaqal edənlərdən izləyicilər uzaqlaşır. İnsan telefon arxasında necədirsə, qarşısında da elədir. Bəzən deyirlər, TikTok-da bəzilərinin üzü göründü. Sadəcə, sizin fürsətiniz olmayıb onları görəsiniz”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.