Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov VƏFAT ETDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Bir neçə ay öncə bahalı maşınla magistralda şütüyən, insanları təhqir edən Samid Bağırov dünyasını dəyişib.
Metbuat.az proses.az-a istinadən xəbər verir ki, Samid Bağırovun ürək tutmasından vəfat etdiyi bildirilir. Onu da bildirək ki, Samidin bu il 8 ildən sonra ilk övladı dünyaya gəlib.
Yada salaq ki, bir neçə ay öncə sürətlə avtomobil idarə edən Samid Bağırov ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”, – deyə video çəkib, paylaşmışdı.
Görüntülərdə onun təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünürdü.
Həmin video yayıldıqdan sonra Samid Bağırov polis tərəfindən saxlanmış, polis idarəsində profilaktiki söhbət aparıldıqdan və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdı.
O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq etmişdi.
https://www.youtube.com/watch?v=jq0ly5VNApA
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.