fbpx

Endokrinoloq yay günlərində daha sərin vaxtlarda qidalanmağı məsləhət görür

BEY.AZ informasiya agentliyi xəbər verir

Endokrinoloq Arina Tertışnaya yay günlərində daha sərin vaxtlarda qidalanmağı məsləhət görür. O, həmçinin ürəyi, damarları və sinir sistemini daha çox yükləməmək üçün qəhvədən mümkün qədər imtina etməyi təklif edir.

“Yodla zəngin qida məhsullarını azaltmaq məsləhətdir. Çünki bu qidalar qalxanvarı vəzini stimullaşdırır, o da öz növbəsində bədən istiliyini yüksəldir. Buna isə isti günlərdə heç bir ehtiyac yoxdur. Mütləq olaraq daha soyuq vaxtlarda yemək məsləhətdir. Əgər əvvəllər səhər yeməyini saat 8-9-da qəbul edirdiksə, indi həzmi yaxşılaşdırmaq üçün saat 6-7-də yemək lazımdır”, – deyə o bildirib.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, endokrinoloq yayda ac qalmamağı məsləhət görür: gündə 2-3 dəfə mədəni sıx doldurub qaraciyəri yükləməkdənsə, 4-5 dəfə yüngül yemək qəbul etmək daha yaxşıdır. “Biz qida rasionuna banan, ispanaq, brokkoli, cəfəri, keşniş, ərik, noxud, badam əlavə edirik. Qələvi mineral su içmək olar. Səhər, kontrastlı duş qəbul edirik, bədəndən toksinləri çıxarmağa kömək etmək üçün limfanı hərəkətə gətiririk.

Kondisionerin altında oturmayın, çünki kəskin şəkildə azalan immunitet səbəbindən tez xəstələnə bilərsiniz. Üstəlik, təmizlənməmiş kondisionerlərdə bütöv bir bakteriya və virus yuvasına rast gəlmək olar”, – deyə Arina Tertışnaya vurğulayır.

O, həmçinin təbii parçalardan tikilmiş rahat geniş paltar geyinməyi məsləhət görür. “Dərimiz detoks prosesində böyük və vacib orqandır, ona görə də nəfəs ala bilməlidir. Pambıqdan və kətandan hazırlanan həm üst həm də alt paltar geyinmək tövsiyə olunur”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin