fbpx

Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 25 min manatdan çox ziyan dəyib

BEY.AZ informasiya agentliyi xəbər verir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi rayonunda, eləcə də Balakən və Yevlax rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 25 min 450 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Xidmətdən Metbuat.az-a bildirilib ki, faktlarla bağlı “Şərq İnşaat” MMC, “Lalə tekstil” MMC, həmçinin Zaqatala rayon sakini Ramil Rəcəbov barəsində akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Vətəndaşları yaşıllıqların məhv edilməsinə yol verməməyə, bu cür hallar aşkar edildikdə isə dərhal Nazirliyin 168 saylı “Qaynar Xətt”inə məlumat verməyə çağırırıq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin