Prezidentin yatağından ŞOK GÖRÜNTÜ: Etirazçılar geri çəkilmir
BEY.AZ informasiya agentliyi xəbər verir
Şri-Lankada etirazçılar ələ keçirdikləri Prezident sarayından və baş nazirin iqamətgahını tərk etməyiblər.
Metbuat.az xəbər verir ki, onlar bəyan ediblər ki, Prezidentin və hökumətin istefası qətiləşənə qədər aksiyalar davam edəcək. Etirazçılar Prezident Qotabaya Racapaksa və hökumətin istefasının qətiləşməsini tələb edir.
Qeyd edək ki, parlamentin ölkə iqtisadiyyatının böhranda olduğunu açıqlamasından sonra ölkədə etiraz aksiyalar başlayıb. Etirazçılar Prezidentin və baş nazirin iqamətgahlarını ələ keçiriblər. Prezident etirazçıların hücumundan bir müddət əvvəl saraydan qaçıb. Rəsmi dairələr Prezidentin istefa verəcəyini açıqlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.