fbpx

Əli Əsədov Şinzo Abenin ölümü ilə əlaqədar Yaponiyaya başsağlığı verib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Metbuat.az-a verilən məliumata görə, Baş nazir Əli Əsədov səfirlikdə açılan matəm kitabına Şinzo Abenin ona edilən sui-qəsd nəticəsində ölümü xəbərinin sarsıntı və dərin kədər hissi ilə qarşılandığını yazıb. Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şinzo Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu qeyd edilib. Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir olunub.
Həmçinin mərhumun ailəsinə və yaxınlarına, dost Yaponiya xalqına dərin hüznlə başsağlığı verilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin