2022-ci ilin ilk yarısı – Müharibə, pandemiya, yeni virus
BEY.AZ informasiya agentliyi xəbər verir
2022-ci ili qarşılayarkən bundan əvvəlki illərdə keçirdiyimiz günləri bir daha yaşamamağı arzulasaq da, tərsi oldu. İl bitməmiş müharibə, yeni virus, pandemiya həyəcanı yenidən başladı.
Metbuat.az xatırladır ki, ilin ilk sarsıdıcı xəbəri elə Rusiya- Ukrayna müharibəsi ilə başladı. Fevral ayının 27-dən Rusiya hərbi əməliyyatlar adı ilə Ukraynaya hücum təşkil etdi və o gündən müharibə hələ də davam edir. Ortaq bir qərara gələ bilməyən iki tərəfin də müharibədə bir qazancı yoxdur. Ukraynada minlərlə insan öldürülüb, şəhərlər dağıdılıb. Rusiya isə başqa generalları olmaqla, ağır itkilər verir.
Sərt karantin, ağır pandemiya şərtləri altında yaşamaqdan qurtulmaq üçün son səylərimizi göstərirdik ki, meymunçiçəyi ortaya çıxdı. 2020-ci ildən dünyanı cənginə alan koronavirus pandemiyasından sonra baş qaldıran meymunçiçəyi virusu sevincimizi yarıda saxladı. Artıq virus dünyanın bir çox ölkəsinə yayılaraq digər ölkələr üçün təhlükə mənbəyinə çevrilib.
Son günlər dünyada koronavirusa yoluxma sayında müşahidə olunan artım əməlli-başlı təlaş yaradıb. Artıq insanlar həm koronavirusdan, həm də meymunçiçəyindən qorunmaq məcburiyyətində qalıblar.
Rusiya-Ukrayna müharibəsində Qərb blokunun əsas aktivliyi ilə seçilən şəxslərdən biri də Baş nazir Boris Conson olub. Bir neçə gün öncə baş nazirin istefası isə dünyanı əməlli-başlı silkələdi.
İqtisadiyyata gəlincə, dünya bazarında dollar kəskin möhkəmlənir. Avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşdi. Son 1 ildə avro 18 faiz dəyər itirib. Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib.
Müharibə valyutadan əlavə, həm də dünyada ərzaq böhranına səbəb oldu. BMT ərzaq böhranının gələn il qlobal fəlakətə çevriləcəyini açıqladı. Rusiya və Ukraynadan ixrac olunan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına qaytarılmayan böhranı 2023-cü ildə qlobal fəlakət təhlükəsi yaradır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.