fbpx

Duş alarkən bu 5 səhvi etməyin

BEY.AZ informasiya agentliyi xəbər verir


Gündəlik duşa giririk və yuyunuruq. Bu proses olduqca adi görünsə də, edilən səhvlər dərimizə olduqca problem yarada bilər.

Metbuat.az ailem.az-a istinadən duş alarkən edilən 5 səhv barədə məlumat verir.

Duşda uzun müddət qalmaq

Uzun çəkən duş dəridə quruluğa səbəb olur. Bu quruluq qaşıntı yaradır. Ortalama duş müddəti 10 dəqiqə olmalıdır.

Duş gelinin həddindən çox istifadəsi

Dərinin təbii yağın aparan duş gellərinin həddindən çox istifadəsi dəridə quruluğa səbəb olur. Bədəndə gün ərzində yığılan yağı açması üçün olan duş gellərinin çox istifadəsi dəridəki faydalı yağların itkisi ilə nəticələnə bilər.

Köhnə və nəmli kisə istifadəsi

Nəmli kisələr bakteriya və kif üçün möhtəşəm bir yaşam yeridir. Köhnəlmiş və həftələrlə nəmli şəkildə gözləyən liflər bakteriya yuvasıdır. Ediləcək ən yaxşı seçim isə ayda bir dəfə bu kisələri yeniləməkdir. Hər istifadədən sonra yaxşıca yuyularaq quruması və münasib bir yerdə saxlanması bakteriyaların yaranmasını gecikdirəcək.

Dərini sərt şəkildə qurulamaq

Dərinizi yumşaq dəsmalla qurulayın. Onu azcal nəmli buraxmaqda fayda var.
Bu cür dərinizi bədən losyonu, ya da krem ilə nəmləndirməlisiniz.

Çox isti su ilə duş almaq

İsti su dərinin çox qurumasına səbəb olur. Dəridə olan bütün yağ təbəqəsini apararaq dərini qorunmasız hala salır. Həmçinin dəridə qızarmalara yol açır. Duş alarkən suyun temperaturu təxminən 25-40 dərəcə olmalıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin