Bakıda sərnişin avtobus sürücüsünü DÖYDÜ
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakının Sabunçu rayonunda avtobusda dava düşüb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.
118B marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib. Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Mübahisənin səbəbi hələ ki məlum deyil.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.