fbpx

Azərbaycanın güləş komandası tarixi uğura imza atdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə 15 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Metbuat.az xəbər verir ki, Yunan-Roma güləşi yığma komandamız tarixi uğura imza atıb.

Belə ki, millinin 12 üzvü fəxri kürsüyə qalxıb. Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) ikinci, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə üçüncü yeri tutub.

Rüya tabirlerini burdan oku

Beləliklə, 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan yığmamız 205 xalla komanda hesabında Avropa çempionu olub.

Azərbaycan ikinci pillədə qərarlaşan Türkiyəni 76 xal qabaqlayıb. Ukrayna isə 123 xalla üçüncü yeri tutub. Millimiz medalların keyfiyyətinə və kəmiyyətinə görə də bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, Zaqrebdə qazanılan nəticə U-15 Avropa çempionatlarında Azərbaycan yunan-Roma güləşi adına həm medalların sayına, həm əyarına, həm də komanda hesabında toplanan xallara görə rekord göstəricidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu