Müğənni Zamiq Gəncədə konsert verəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Müğənni Zamiq Hüseynov Gəncədə konsert verməyi planlayır.
Metbuat.az xəbər verir ki, sənətçinin növbəti musiqi marafonu 10 noyabr tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Pop ulduz özü instaqram səhifəsində konsertinin posterini paylaşaraq “Mənə əziz olan Gəncə və əziz gəncəlilər. Sizinlə görüşməyi həyəcanla gözləyirəm. Ümid edirəm ki, inanılmaz bir gün olacaq. Görüşərik!” şərhini yazıb.
Xatırladaq ki, Hüseynov sonuncu dəfə 7 yanvarda Heydər Əliyev sarayında şəhid və qazi ailələrinə ithafən konsert vermişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.