fbpx

Nərimanov rayonunda Əbdüləzəl Dəmirçizadə küçəsi təmir olunub

BEY.AZ informasiya agentliyi xəbər verir


Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir.

Metbuat.az-a Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, “İnvestisiya Proqramı”na əsasən, Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Xətai prospektinə qədər olan 350 metrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb.

Ortalama eni 12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 3342 kv.m sahədə bərpa olunub, küçəboyu 932 p/m yeni səki daşları düzülüb.

Küçəboyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Aparılan yenidənqurma işləri zamanı zəruri yerlərdə yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, hazırda təmir işləri rayonun 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində aparılır.

Növbəti mərhələdə təmir işlərinin uzunluğu 450 metr olan Tələt Şıxəliyev həmçinin, Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində və Fətəli Xan Xoyski prostektində aparılması nəzərdə tutulur.

Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin