fbpx

“Location” gecə klubundakı partlayışa görə həbs edilən şəxslər ifadə verib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda “Location” gecə klubundakı partlayışla bağlı cinayət işi üzrə təqsirləndirilən Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror Babaxan Həsənəliyev ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər. Rəsul Rəsulov indi ifadə vermək istəmədiyini bildirib. Orxan Səfərov deyib ki, verilən ittiham əsassızdır və istintaq ona qərəzli münasibət bəsləyib: “Həmin şirkətin iki təsisçisindən biri mən olmuşam. Mən orada rəhbər olmamışam. Rəsul Rəsulov ifadələrində guya deyib ki, tapşırıqları mən vermişəm. Lakin üzləşmə zamanı belə olmadığı məlum olub. Heç Rəsulun telefonu belə məndə olmayıb. İstintaq ehtimal edir ki, faktiki rəhbər mən olmuşam. Bu ancaq məni məsuliyyətə cəlb etmək üçün yaranan sözdür”.

O bildirib ki, şirkəti 2018-ci ildə İsrail Usubov və Ayxan Əliyevlə birgə yaradıb: “Nərimanov heykəlinin yanında çay evi vardı. Onlar ikisi birlikdə oranı işlədirdilər və şirkəti ona görə yaratmışdılar. İsraillə 2009-cu ildən dostluğum var. Ayxanla İsrail arasında problem yarandı. İsrail Ayxanın payının 50 faizini mənim adıma keçirdi. Sonradan çay evindən başqa “pub” da açıldı. Lakin mən ora getmirdim. Şirkətə formal olaraq mən direktor təyin olunmuşam. 2022-ci il yanvarında mən artıq direktor vəzifəsini təhvil vermişdim. “Location” gecə klubu ilə bağlı heç bir əlaqəm olmayıb. Cəmi bir dəfə də orada olmuşam, o da qonaq qismində iştirak etmişəm. Həmin gecə klubu ilə heç bir əlaqəm yoxdur. Mən 2015-ci ildən Həcc ziyarətində olmuşam. Oradan bir qəpik belə xeyrim yoxdur. Olsa belə mən hacıyam, oradan gəlir götürə bilmərəm. Obyektin partlamasından internetdən xəbərim oldu. Sonradan istintaqa çağırıldım və haqsız yerə həbs olundum. Mən bu işdə heç bir zərərçəkmişi şəxsi tanımamışam, heç biri də məni tanımır”.

Təqsirləndirilən şəxs bildirib ki, obyektə işçiləri Rəsul Rəsulov götürüb: “İşçilər də məni tanımır. İsrail gedib baxıb, obyekti tapıb. Mən ancaq sənədlərə formal olaraq qol çəkmişəm”.

Prosesdə ifadə verən Ruslan Məmmədov deyib ki, hadisə olana qədər Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru vəzisində çalışıb. Təqsirləndirən şəxs qeyd edib ki, həmin əraziyə bir ay qabaq təyin olunubmuş: “O obyekt mən ərazini təhvil alan zaman fəaliyyət göstərmirdi. Həmçinin Ədliyyə Nazirliyinin Reyestrində VÖEN-lə qeyd olunmayıb. Bu səbəbdən həmin obyektdə yanğın təhlükəsizliyi qaydaları yoxlanılmayıb”.

Proses avqustun 1-dək qədər fasilə elan edib.

Qeyd edək ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərdən Ruslan Məmmədov ev dustaqlığına buraxılıb.

İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin