fbpx

Azərbaycanda iyunda deflyasiya baş verib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda iyunda mövsümi amillərin təsiri ilə deflyasiya baş versə də, baza effektinə görə illik inflyasiyanın yüksəlməsi davam edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iyunda 0.1%-lik baş vermiş deflyasiya ərzaq qiymətlərinin 1% ucuzlaşması ilə bağlıdır. Təhlillər göstərir ki, cari ilin iyununda son 10 ilin ən aşağı templi deflyasiyası baş verib.

İllik inflyasiya 2022-ci ilin iyununda 14.2% (2022-ci ilin iyun ayı 2021-ci ilin iyun ayına nəzərən) təşkil edib. Orta illik inflyasiya isə 12.9% olub. Baza inflyasiya iyun ayında illik 10.7% təşkil edib, orta illik 9.7% olub.

Rüya tabirlerini burdan oku

Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. İyunda illik ərzaq inflyasiyası 20.6%, orta illik ərzaq inflyasiyası isə 18.4% təşkil edib.

Qeyri-ərzaq məhsulları üzrə qiymətlər iyunda illik 7.4%, orta illik 6.7% artıb. Xidmətlər son 1 ildə 10.9% bahalaşıb. Orta illik xidmət inflyasiyası 10.3% olub.

Ümumilikdə, iyunda illik inflyasiyaya 9 faiz bəndi ərzaq, 1.7 faiz bəndi qeyri-ərzaq, 3.5 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib.

Xarici mənşəli xərc amilləri inflyasiyanın dinamikasını müəyyənləşdirən başlıca amil olaraq qalır. Dünya ərzaq qiymətlərinin iyunda 2.3% azalması qarşıdakı aylarda inflyasiyaya azaldıcı təsir edə biləcək amildir.

Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. İyunda aparılan sorğulara görə ev təsərrüfatlarının 81.9%-i qiymətlərin artacağını gözləyir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə iyunda inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə tikinti, ticarət və xidmət sektorlarında yüksəlib, qeyri-neft sənayesində azalıb.

Mövsümi amillərin iyul və avqustda inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir. İlin sonuna baza amilinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Növbəti ildə isə xarici amillərin əlverişli dəyişimi halında inflyasiyanın tədricən birrəqəmli səviyyəyə enəcəyi proqnozlaşdırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu