Yaylaq Festivalındakı böyük tıxacla bağlı DİN-dən AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Sosial şəbəkələrdə və mediada Azərbaycanda keçirilən II Yaylaq Festivalı zamanı böyük tıxacların olması və bunun vətəndaşların narazılığına səbəb olması ilə bağlı məlumatlar yayılıb.
DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a bildirib ki, Göygöl rayonunda keçirilən festivalla bağlı polis gücləndirilmiş iş rejiminə keçib:
“Həm ictimai asayişin qorunması, həm də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə polis əməkdaşları müvafiq tədbirlər görüb. Festivala gələn avtomobillər əraziyə növbəli şəkildə buraxılıb. Onu da qeyd edim ki, festivalın keçirildiyi yer dağlıq ərazidir və həmin ərazidə olan yol bir tərəfli olmaqla bərəbar, sərt dolanbac və yoxuşludur. Bu səbəbdən orada adi günlərdə də avtomobillər aşağı sürətlə hərəkət etməlidir. Ötən gün yağışlı hava şəraiti ilə əlaqədar olaraq vətəndaşlar eyni anda festival ərazisini tərk etməyə başladı ki, bu zaman da DYP əməkdaşları vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətəni təmin etdi. Onu da qeyd edim ki festival müddətində nə cinayət, nə inzibati xarakterli hüquqpozma qeyd alınmamaqla bərabər, hər hansı yol-nəqliyyat hadisəsi də baş verməyib”.
Qeyd edək ki, sosial şəbəkələrdə və mediada Göygöldə keçirilən II Yaylaq Festivalı zamanı təşkilatçılıqla bağlı ciddi problemlərin yaşanması barədə məlumatlar yayılıb. Festivalın keçirildiyi yaylağa normal yol çəkilmədiyindən saatlarla sürən tıxac yaranıb. Xüsusən tədbirdən qayıdan zaman yağışın yağması yolda vəziyyəti bir az da pisləşdirib. Nəticədə yolda avtomobillərin hərəkəti dayandığından festival iştirakçıları, jurnalistlər, aktyorlar və digər vətəndaşlar gecə saatlarında palçıqlı yolu piyada gəlmək məcburiyyətində qalıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.