fbpx

Noyabrda Belçikadan Azərbaycana ticarət missiyası təşkil olunacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin noyabr ayında Belçikadan Azərbaycana ticarət missiyasının təşkil edilməsi nəzərdə tutulur.

Metbuat.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazirin I müavini Elnur Əliyevin Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans ilə görüşündə müzakirə edilib.

E.Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən Belçika Krallığı ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb, qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, əczaçılıq sənayesi, kənd təsərrüfatı üzrə əməkdaşlığın gücləndirilməsi, Belçika şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl” enerji layihələrində, habelə, Ələt Azad İqtisadi Zonasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında iştirakı üçün imkanların olduğunu diqqətə çatdırıb.

Rüya tabirlerini burdan oku

Səfir ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirib, yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu