Bakı yollarında son vəziyyət: 56 avtobus gecikir
BEY.AZ informasiya agentliyi xəbər verir
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 34 müntəzəm marşrut xətti üzrə 56 avtobusun hərəkət intervalında gecikmələr var.
Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-7 dəqiqədir.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 8-10 dəqiqə gecikmə müşahidə olunur
3. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur.
4. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə olunur.
5. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
6. Zabrat Şossesi – Maşdağa istiqamətində – Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqəyə gecikmə müşahidə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.