Rusiyada müharibəyə qarşı olan jurnalistə cinayət işi açılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham olunan sabiq televiziya redaktoru Marina Ovsiyannikovaya qarşı cinayət işi başlanılıb.
Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə onun vəkili Dmitri Zaxvatov bildirib.
Bildirilib ki, hüquq-mühafizə orqanları avqustun 10-da səhər saat 6 radələrində Marina Ovsiyannikovanın yaşadığı mənzildə əməliyyat keçirib. Beləlikıə, jurnalistin mənzilində axtarış aparılıb.
O, “Rusiya Silahlı qüvvələrinin fəaliyyəti haqqında yalan informasiya” yaymaqda ittiham olunaraq cinayət işi başlanılıb. Bu maddə üzrə onu böyük məbləğdə pul cəriməsi, yaxud 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, M.Ovsyannikova bir müddət əvvəl Rusiyanın “Pervıy kanal”ının “Vremya” xəbərlər proqramında diktor Yekaterina Andreyevanın çıxışı zamanı üzərində “Müharibəyə yox, təbliğata inanmayın, burada sizi aldadırlar!” sözləri yazılmış plakat açıb. Buna görə də o, işdən çıxarılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.