fbpx

Yasamal rayonunda təmir işləri icra olunub

BEY.AZ informasiya agentliyi xəbər verir


Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsində təmir işləri icra olunub.

Metbuat.az-a Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, küçənin uzunluğu 1000 metr, ortalama eni isə 15 metr təşkil edir.

Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi və zəruri yerlərdə mövcud piyada səkilərin bərpası işləri icra olunub.

Təmir işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunub. Yaxın günlərdə küçəboyu zəruri olan yerlərdə piyada zolaqlarının çəkilişi işi də icra olunacaq.

Ardıcıllığa uyğun şəkildə təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri işləri icra olunur. Bu çərçivədə artıq II Alatavanın 2 km uzunluğa malik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin də təmiri yekunlaşıb.

Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3.5 km olan küçələrdə təmir işləri aparılıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin