fbpx

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan xalqına baş sağlığı verib

BEY.AZ informasiya agentliyi xəbər verir


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatları ilə bağlı Bəyanat verib.

Metbuat.az xəbər verir ki, həmin Bəyanatda deyilir:

“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələri tərəfindən 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində törədilmiş genişmiqyaslı təxribatları qətiyyətlə pisləyir və Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirir”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin